Mesut Özil Arakan qaçqın düşərgəsində futbol oynadı - VİDEO

20 Fevral 2026 11:11
111
Mesut Özil Arakan qaçqın düşərgəsində futbol oynadı - VİDEO

Dünya çempionu, "Real Madrid" və "Arsenal"ın sabiq ulduzu Mesut Özil Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın oğlu Nəcməddin Bilal Ərdoğanın rəhbərlik etdiyi 11 nəfərlik nümayəndə heyəti ilə birgə Banqladeşin Koks-Bazar bölgəsində yerləşən Arakanlı müsəlmanların qaçqın düşərgəsinə gözlənilməz ziyarət edib.

İdman.Biz xəbər verir ki, Mesut Özil Ukiya qəsəbəsindəki doqquz saylı Baluxali düşərgəsində olub. Uşaqlarla bir araya gələn ulduz futbolçu onlarla xatirə fotoları çəkdirib.

Günün ən maraqlı anı isə dörd saylı düşərgədə yaşanıb. Mesut Özil Arakanlı qaçqınlarla birgə yaşıl meydana çıxaraq xeyriyyə matçında iştirak edib.

Oyundan sonra futbolçu və nümayəndə heyəti qaçqınlarla birgə iftar süfrəsinə əyləşiblər.

Qeyd edək ki, 2014-cü ildə Almaniya millisi ilə dünya çempionu olan Mesut Özil 2018-ci ildə beynəlxalq karyerasını başa vurub.

İdman.Biz