Almaniya Bundesliqasının 23-cü turunda "Ayntraxt" ilə qarşılaşacaq "Bavariya" klubunun məşq bazasında inanılmaz görüntülər qeydə alınıb.
İdman.Biz klubun rəsmi saytına istinadən xəbər verir ki, Münhen təmsilçisinin futbolçuları şənbə günü baş tutacaq kritik oyun öncəsi lopa-lopa yağan güclü qar altında hazırlıq keçiblər.
Qarın hündürlüyü məşq prosesini çətinləşdirsə də, məşq sahəsinin ortasında iki fərqli yer təmizlənib və intensive yağıntı altında məşq prosesi keçirilib.
"Bavariya" rəhbərliyi şənbə günü Frankfurtda hava şəraitinin daha da pisləşə biləcəyini nəzərə alaraq, komandanı bu cür "buzlu sınağa" çəkməyə qərar verib.
Komandanın ulduz üzvləri bu çətin hava şəraitini zarafatla qarşılayaraq, qarda maraqlı görüntülər paylaşıblar.
