“İmişli” heyətini yeni futbolçu ilə gücləndirib.
İdman.Biz xəbər verir ki, bu barədə “İmişli” Peşəkar Futbol Klubu məlumat yayıb.
Bildirilib ki, 25 yaşlı yarımmüdafiəçi Orxan Fərəcovla müqavilə imzalanıb.
O.Fərəcov karyerası ərzində “Şamaxı-2”, “Keşlə”, “Səbail” klublarının uğurları üçün çalışıb. Legioner həyatı da yaşayan yarımmüdafiəçi Polşanın “KS CK Troszyn” və “Narew Ostrołęka” kollektivlərində çıxış edib.
Qeyd edək ki, futbolçunun son klubları isə “Baku Sporting” və “Şahdağ” olub.
