İspaniyalı müdafiəçi Erik Qarsia İtaliya təmsilçisi “Komo”nun ona maraq göstərdiyini təsdiqləyib.
İdman.Biz xəbər verir ki, o bu barədə İspaniya KİV-ə açıqlamasında danışıb.
Futbolçu açıqlamasında transferə kifayət qədər yaxın olduğunu etiraf edib. Onun sözlərinə görə, müəyyən mərhələdə “Komo”ya keçidi real görünürdü və ayrılıq variantı ciddi şəkildə gündəmdə olub.
Lakin “Benfica” ilə oyundan sonra vəziyyət dəyişib. Baş məşqçi Hans Fliklə söhbət müdafiəçinin qərarına təsir edib.
Qarsiya bildirib ki, məhz həmin danışıqdan sonra komandada qalmağın ən doğru seçim olduğuna əmin olub.
