“Liverpul” “Bavariya”nın vingeri Maykl Oliseni Məhəmməd Salahın potensial əvəzləyicisi kimi nəzərdən keçirir.
İdman.Biz xəbər verir ki, “TEAMtalk”ın məlumatına görə, "mersisaydlılar" fransız futbolçunun misirli hücumçunu ideal şəkildə əvəz edə biləcəyini düşünür. Lakin əsas problem ondadır ki, "Bavariya" oyunçusunu satmaq niyyətində deyil.
Bundan əlavə, Münhen klubu Olise ilə yeni müqavilə imzalamağa hazırdır, baxmayaraq ki, onun hazırkı anlaşması 2029-cu ilin yayına qədər qüvvədədir. Vingerin özü də tələsik şəkildə yenidən İngiltərə Premyer Liqasına qayıtmaq istəmir.
