Türkiyə Superliqasının 7 klubunun yetkililəri saxlanılıb

20 Fevral 2026 19:27
107
Türkiyə Superliqasının 7 klubunun yetkililəri saxlanılıb

İstanbul Prokurorluğu ölkənin peşəkar liqalarında oyunların danışılması və qanunsuz mərc oyunları ilə bağlı aparılan istintaq çərçivəsində 32 şübhəlini saxlayıb.

İdman.Biz-in Hürriyet Daily News-ə istinadən məlumatına görə, saxlanılanlar arasında bir neçə Superliqa klubunun – “Göztəpə”, “Konyaspor”, “Alanyaspor”, “Antalyaspor”, “Kocaelispor”, “Gənclərbirliyi” və “Sivasspor”un rəhbərliyində olan şəxslər var.

Qəzetin məlumatına görə, Türkiyə polisi şübhəliləri tutmaq üçün 10 əyalətdə reydlər keçirib. Daha bir şübhəlinin axtarışı davam edir.

Xatırladaq ki, Türkiyədə daha əvvəl mərc etdiyinə görə 1000-dən çox futbolçu və 149 hakim diskvalifikasiya olunmuşdu. Polis araşdırmalarını davam etdirir.

İdman.Biz