"Nyukasl"dan 27 illik rekord - "Qarabağ"a qarşı oyunda tarixi göstərici

20 Fevral 2026 18:26
76
"Nyukasl"dan 27 illik rekord - "Qarabağ"a qarşı oyunda tarixi göstərici

İngiltərənin “Nyukasl” futbol klubu UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ”a qarşı oyunda diqqətçəkən göstəriciyə imza atıb.

İdman.Biz xəbər verir ki, İngiltərə təmsilçisi start heyətində yeddi və daha çox ingilis futbolçuya yer verən ilk komanda olub.

Bu, Çempionlar Liqasının pley-off mərhələsində 1997/1998 mövsümünün 1/4 finalında “Mançester Yunayted”in göstəricisindən sonra qeydə alınan ilk belə haldır. Beləliklə “Nyukasl” “Qarabağ”la qarşılaşmada bu tarixi göstəricini təkrarlayıb.

İdman.Biz
Məqalədə: