Nəriman Axundzadənin "Kolambus Kryu"ya qoşulmağı ləngiyə bilər

20 Fevral 2026 19:11
134
Nəriman Axundzadənin "Kolambus Kryu"ya qoşulmağı ləngiyə bilər

MLS təmsilçisi "Kolambus Kryu" klubuna keçən Azərbaycan millisinin futbolçusu Nəriman Axundzadənin ABŞ-yə gedişi ləngiyə bilər.

İdman.Biz-in xəbərinə görə, bu barədə hücumçunun meneceri Tural Əsgərov məlumat verib.

O, AZƏRTAC-a açıqlamasında 21 yaşlı futbolçunun hələ viza almadığını bildirib: “Məsələ gələn həftə həll olunmalıdır. Amma ləngiyə də bilər. Səfərin martın əvvəlinə kimi baş tutacağına ümidliyik”.

Nəriman Axundzadənin "Kolambus Kryu" ilə sözləşməsinin müddəti 2029-cu ilin yayınadək nəzərdə tutulub. Ağdam təmsilçisi bu keçiddən 1 milyon avrodan bir az çox qazanıb.

İdman.Biz