“Sabah” heyətini “Birminhem”in yetirməsi ilə gücləndirib

20 Fevral 2026 18:28
147
“Sabah” heyətini “Birminhem”in yetirməsi ilə gücləndirib

“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.

İdman.Biz xəbər verir ki, bu barədə “Sabah” Futbol Klubu məlumat yayıb.

Bildirilib ki, belçikalı futbolçu Qodfred Boaki İngiltərənin “Birminhem” klubundan icarəyə götürülüb.

Anlaşmanın müddəti 2025/2026 mövsümünün sonuna kimi nəzərdə tutulub. 20 yaşlı mərkəz müdafiəçisi “Sabah”ın əvəzedicilərdən ibarət komandasında çıxış edəcək.

“Birminhem”in yetirməsi olan Boaki karyerası ərzində bu klubun gənclərdən ibarət komandası ilə yanaşı, Finlandiyanın “İnter” (Turku) kollektivində də çıxış edib.

İdman.Biz