“Şəmkir” klubu heyətini yerli futbolçu ilə gücləndirib.
İdman.Biz xəbər verir ki, “Şəmkir” Futbol Klubu məlumat yayıb.
Bildirilib ki, müdafiəçi İman Müseyibov mövsümün sonuna qədər klubla müqavilə imzalayıb.
Qeyd edək ki, 26 yaşlı futbolçu son olaraq “Şirvan FK”nın formasını geyinib.
