“Kəpəz”in futbolçusu Veysəl Rzayevin taleyinə Misli Premyer Liqasının 21-ci turunda “Sabah”la keçiriləcək oyundan sonra aydınlıq gələcək.
İdman.Biz bildirir ki, bunu Gəncə təmsilçisinin baş məşqçisi Azər Bağırov deyib.
O, Report-a açıqlamasında bir neçə gün əvvəl bıçaqlanan yarımmüdafiəçinin komandada qalıb-qalmayacağına aydınlıq gətirib:
“Bazar günü “Sabah”la oyunumuz var. Bu matçdan sonra dəqiqləşdirəcəyimiz detallar olacaq. Onun mövcud durumu, meydana qayıdacağı müddət və digər məqamlar nəzərə alınaraq qərar qəbul ediləcək".
Qeyd edək ki, “Kəpəz” Veysəl Rzayevin transferini bu ilin yanvarında açıqlayıb. O, fevralın 3-də Gəncədə mübahisə zəminində bıçaq xəsarəti alaraq xəstəxanaya yerləşdirilib.
