Qurban Qurbanov: “Rəqib bəzi komponentlərdə bizi üstələyir” - İDMAN.BİZ MƏTBUAT KONFRANSINDA + VİDEO

17 Fevral 2026 17:14
118
Qurban Qurbanov: “Rəqib bəzi komponentlərdə bizi üstələyir” - İDMAN.BİZ MƏTBUAT KONFRANSINDA + VİDEO

“Bu oyunda böyük təcrübə əldə edə bilərik”.

İdman.Biz xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Bakıda UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində İngiltərənin “Nyukasl” klubu ilə keçiriləcək oyundan öncə mətbuat konfransında deyib.

“Bu oyunda böyük təcrübə əldə edə bilərik. Azərbaycan futbolu tarixində ilkdir. Rəqibimiz köklü klubdur. Dünyanın bir nömrəli çempionatında oynayırlar. Hazırlaşmaq üçün vaxtımız az oldu. Futbolçular sabahkı matça məsuliyyətli yanaşırlar, həyəcanlıdırlar. Özlərinin ən yaxşı oyunlarından birini göstərmək istəyəcəklər. Rəqibi analiz etmişik. Bəlkə də bizə uyğun olmayan oyun stilləri var. Məncə, İngiltərə Premyer Liqdasında belə, bunlarla oynamaq istəmirlər. Rəqibə imkan vermirlər öz oyunlarını oynamağa. Doğma meydanda yaxşı mübarizə aparmağa, cəsarətli oynamağa çalışacağıq. Baxmayaraq ki, bəzi komponentlərdə bizi üstələyir. Fiziki cəhətdən güclü, sürətli oynayan rəqibdir”.

Qeyd edək ki, görüş fevralın 18-də, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.

İdman.Biz