Liqa 1: “Lans” böyükhesablı qələbə qazanaraq briinci yerə yüksəlib - YENİLƏNİB

15 Fevral 2026 02:17
450
Liqa 1: “Lans” böyükhesablı qələbə qazanaraq briinci yerə yüksəlib

Fransa Liqa 1-in 22-ci turunun “Paris” və “Lans” komandaları arasında keçirilən oyunu yekunlaşıb.

İdman.Biz bildirir ki, komandalar “Stad Jean Bouin” stadionunda (Paris, Fransa) oynadılar. Qonaq komanda 5:0 hesablı qələbə qazanıb.

Qonaqların hücumçusu Uesli Said 24-cü dəqiqədə hesabı açıb. Birinci hissənin sonlarında, 38-ci dəqiqədə Said matçdakı ikinci qolunu vurub. İkinci hissənin 58-ci dəqiqəsində “Lans”ın hücumçusu Florian Tovin penaltidən hesabı 3:0 edib. “Lans”ın hücumçusu Rayan Fofana 90 və 90+5-ci dəqiqələrdə iki qol vuraraq hesabı 5:0-a çatdırıb.

Bu qələbə ilə “Lans” 52 xal qazanıb və Liqa 1-in turnir cədvəlində PSJ-ni keçərək birinci yerə yüksəlib. PSJ-nin 51 xal var. 22 xalla “Paris” 15-ci yerdədir.

Turun digər oyununda “Lill” və “Brest” heç-heçə oynayıblar - 1:1.

22:20

Fransa Liqa 1-in 22-ci turunun “Marsel” və “Strasburq” komandaları arasında keçirilən oyun başa çatıb.

İdman.Biz xəbər verir ki, komandalar “Stade Orange Velodrome” stadionunda (Marsel, Fransa) oynayıblar. Oyun 2:2 hesablı heç-heçə ilə başa çatıb.

“Marsel”in yarımmüdafiəçisi Meyson Qrinvud oyunun ilk qolunu 14-cü dəqiqədə vurub. Hücumçu Amin Quiri 47-ci dəqiqədə ev sahibi komandanın üstünlüyünü ikiqat artırıb. 74-cü dəqiqədə “Strasburq”un yarımmüdafiəçisi Sebastyan Nanasi qollardan birinin əvəzini çıxıb, 90+7-ci dəqiqədə isə qonaqların hücumçu Xoakin Paniçelli penaltidən hesabı 2:2 edib.

Fransa çempionatında 22 oyundan sonra “Marsel”in 40 xalı var və turnir cədvəlində dördüncü yerdədir. “Strasburq” 31 xalla yeddinci yerdə qərarlaşıb.

İdman.Biz