Demiroviçin dublu “Ştutqart”a “Köln” üzərində qələbə qazandırıb - YENİLƏNİB + VİDEO

14 Fevral 2026 23:43
209
Demiroviçin dublu “Ştutqart”a “Köln” üzərində qələbə qazandırıb

Almaniya Bundesliqasının 22-ci turunda “Ştutqart” evdə “Köln”ü 3:1 hesabı ilə məğlub edib.

Ev sahibi komandanın hücumçusu Ermedin Demiroviç iki qol vurdu. Bosniyalı 15 və 84-cü dəqiqələrdə fərqlənib. Oyunun sonlarında Deniz Undav daha bir qol vurub. Qonaqların yeganə qolunu 79-cu dəqiqədə Raqnar Açe vurub.

“Ştutqart” (42) dördüncü yerdədir. “Köln” (23) isə 11-ci yerdədir.

20:43

Almaniya Bundesliqasının 22-ci turunda “Verder Bremen” və “Bavariya” arasında keçirilən oyun başa çatıb.

İdman.Biz bildirir ki, “Bavariya” oyunu 3:0 hesabı ilə qazanıb.

Qarşılaşma Bremendəki “Vonninvest Weserstadion”da baş tutub.

Harri Keyn 22-ci dəqiqədə penaltidən qol vurub, daha sonra 25-ci dəqiqədə dubl edib. Leon Qoretska 70-ci dəqiqədə yekun hesabı müəyyən edib.

Bu oyundan sonra “Verder Bremen” Almaniyanın yüksək liqasında 19 xalla 16-cı yerdədir, “Bavariya” isə 57 xalla Bundesliqaya liderlik edir.

Turun digər oyunlarında aşağıdakı nəticələr qeydə alınıb:

“Hamburq” – “Union” – 3:2
“Ayntraxt” – “Borussiya Mönhenqladbax” – 3:0
“Hoffenhaym” – “Frayburq” – 3:0
“Bayer” – “Sankt-Pauli” – 4:0

İdman.Biz