İngiltərə Kuboku: “Liverpul” böyük hesabla qələbə qazanıb - YENİLƏNİB + VİDEO

15 Fevral 2026 02:02
432
İngiltərə Kuboku: “Liverpul” böyük hesabla qələbə qazanıb

“Liverpul” və “Brayton” arasında keçirilən İngiltərə Kubokunun 1/16 mərhələsinin matçı başa çatıb.

İdman.Biz bildirir ki, mersisaydlılar 3:0 hesabı ilə qalib gəliblər. Oyun Liverpuldakı “Enfild” stadionunda keçirilib.

42-ci dəqiqədə Kertis Cons hesabı açaraq mersisaydlılara üstünlük qazandırıb. Dominik Şoboslai 56-cı dəqiqədə komandasının üstünlüyünü ikiqat artırıb, Məhəmməd Salah isə 68-ci dəqiqədə penaltidən dəqiq zərbə ilə yekun hesabı müəyyən edib.

Titulun hazırkı sahibi finalda “Mançester Siti”ni 1:0 hesabı ilə məğlub edən “Kristal Palas”dır.

23:55

“Aston Villa” və “Nyukasl Yunayted” arasında keçirilən İngiltərə Kubokunun 1/16 mərhələsinin matçı başa çatıb.

“Sağsağanlar” 3:1 hesabı ilə qalib gəliblər. Oyun Birminhemdəki “Villa Park”da keçirilib.

Temmi Abraham 14-cü dəqiqədə ev sahibi komandanı irəli çıxarıb. Sandro Tonali 63-cü dəqiqədə bərabərlik qolunu vurub, daha sonra 76-cı dəqiqədə ikinci qoluna imza atıb. Nik Voltemade 88-ci dəqiqədə qonaqların üçüncü qolunu vurub.

Beləliklə, “Nyukasl” 1/8 finala vəsiqə qazanıb.

“Nyukasl” Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ”ın rəqibidir. Komandalar arasında oyunlar 18 və 25 fevralda olacaq.

21:06

İngiltərə Kubokunun 1/16 finalında “Mançester Siti” və “Salford Siti” arasında keçirilən oyun başa çatıb.

İngiltərə Premyer Liqa komandası 2:0 hesabı ilə qalib gəlib. Oyun Mançesterdəki “Etihad” stadionunda baş tutub.

Alfi Dorrinqton altıncı dəqiqədə avtoqola imza atıb, Mark Qehi isə 81-ci dəqiqədə komandasının ikinci qolunu vurub.

1/16 final mərhələsinin digər oyununda gözlənilməz nəticə alınıb. Üçüncü divizionun komandası olan “Mensfild Taun” səfərdə “Bernli”ni məğlub edib – 2:1.

“Norviç Siti” – “Vest Bromviç Albion” qarşılaşması ilə 3:1 hesabı ilə birincilərin qələbəsi ilə bitib.

“Sauthempton” isə əlavə vaxtda “Lester Siti”ni 2:1 hesabı ilə məğlubiyyətə uğradıb.

19:57

İngiltərə Kubokunun 1/16 final mərhələsinin “Berton Albion” və “Vest Hem Yunayted” komandaları arasında keçirilən oyunu başa çatıb.

Matç qonaqların minimal hesablı (0:1) hesablı qələbəsi ilə bitib.

Summervill “Vest Hem”in yeganə və qələbə qolunu 95-ci dəqiqədə vurub.

Qısa müddət sonra Potts meydandan qovuldu və Premyer Liqa komandası on nəfərlə qaldı, lakin rəqibləri bu üstünlükdən yararlana bilmədilər və nəticədə turnirdən kənarlaşdırıldılar.

İdman.Biz