A Seriyası: “İnter” gərgin keçən oyunda “Yuventus” məğlub edib - YENİLƏNİB + VİDEO

15 Fevral 2026 01:53
229
A Seriyası: “İnter” gərgin keçən oyunda “Yuventus” məğlub edib

İtaliya A Seriyası mövsümünün 25-ci turunun “İnter” və “Yuventus” komandaları arasında keçirilən oyun başa çatıb.

Oyun İtaliyanın Milan şəhərindəki “Stadio Giuseppe Meatza”da oynanılıb. Meydan sahibləri 3:2 hesabı ilə qalib gəlib.

Turinlilərin müdafiəçisi Andrea Kambiaso 17-ci dəqiqədə öz qapısına qol vurub. Kambiaso 26-cı dəqiqədə bərabərlik qoluna da imza atıb. Françesko Espozito 76-cı dəqiqədə “İnter”i hesabda irəli çıxarıb. Qonaq yarımmüdafiəçi Manuel Lokatelli 83-cü dəqiqədə bərabərlik qolunu vurub. 90-cı dəqiqədə Pyotr Zelinski “qara-göylər”ə qələbə qazandırıb.

25 oyundan sonra “İnter” 61 xalla A Seriyasının turnir cədvəlinə başçılıq edir. “Yuventus” 46 xalla beşinci yerdədir.

23:12

İtaliya A Seriyası mövsümünün 25-ci turunun “Latsio” və “Atalanta” arasında keçirilən oyunu başa çatıb.

Komandalar “Stadio Olimpiko”da (Roma, İtaliya) oynayıblar. Matç qonaqların 2:0 hesablı qələbəsi ilə bitib.

“Atalanta”nın yarımmüdafiəçisi Ederson 41-ci dəqiqədə penalti zərbəsi ilə hesabı açıb. İkinci hissənin 60-cı dəqiqəsində yarımmüdafiəçi Nikola Zalevski “Atalanta”nın üstünlüyünü artırıb.

“Latsio”nun hazırda 33 xalı var. 25 oyundan sonra Roma komandası A Seriyasında səkkizinci yerdədir. 42 xalla “Atalanta” altıncı yerdədir.

20:24

İtaliya çempionatının ilk beşliyinə namizəd olan “Komo”, şənbə günü autsayder “Fiorentina”nı qəbul edib.

Florensiyalılar ilk hissənin ortalarında Nikolo Facolinin qolu ilə irəli çıxıblar. 54-cü dəqiqədə Moyze Kin penalti zərbəsini dəqiq yerinə yetirdikdən sonra qonaqlar fərqi ikiqat artırıblar. 77-ci dəqiqədə Fabiano Parizi avtoqol edib 1:2.

“Fiorentina” qələbəyə baxmayaraq hələ də sondan üçüncü, rəqibləri isə altıncı yerdədir.

İdman.Biz