Ronaldu boykotdan sonra ilk oyununda qol vurub

15 Fevral 2026 00:12
92
Ronaldu boykotdan sonra ilk oyununda qol vurub

Səudiyyə Ərəbistanı Pro Liqasının 22-ci turunun “Əl-Fateh” və “Əl-Nəsr” komandaları arasında keçirilən oyun başa çatıb.

İdman.Biz bildirir ki, komandalar “Əl-Fateh Club” stadionunda (Əl-Hofuf, Səudiyyə Ərəbistanı) oynayıblar. Qonaq komanda 2:0 hesablı qələbəsini qeyd edib.

Hesabı Kriştianu Ronaldu açıb. “Əl-Nəsr”in hücumçusu 18-ci dəqiqədə qol vurub. İkinci hissədə, 78-ci dəqiqədə qonaq hücumçu Ayman Yəhya komandasının üstünlüyünü artırıb.

Portuqaliyalı Səudiyyə klubunun boykotunun bitməsindən bəri ilk matçında karyerasında 962-ci qolunu vurub.

“Əl-Nəsr” hazırda 21 oyundan 52 xalla liqa cədvəlində ikinci yerdədir. “Əl-Hilal” 53 xalla cədvələ başçılıq edir. “Əl-Fateh” 24 xalla 10-cu yerdədir.

İdman.Biz