Macarıstan millisinin baş məşqçisi Marko Rossi “Liverpul”un yarımmüdafiəçisi Dominik Şoboslainin “Real Madrid”də oynamaq arzusundan danışıb.
İdman.Biz bildirir ki, Şoboslai “Liverpul”a 2023-cü ildə “RB Leypsiq”dən transfer olunub.
“Onun həmişə bir arzusu olub: “Real Madrid”də oynamaq. Dominik futbol oynamağa başlayandan bəri onunla çox yaxın münasibətim var və “Real Madrid” həmişə onun arzusu olub.
Bilmirəm ki, bu addımı atacaqmı, ya yox, çünki qərar həm ondan, həm də klubdan asılıdır. Onun “Liverpul”da qalıb müqaviləsini uzadacağını istisna etməzdim, xüsusən də orada yüksək qiymətləndirildiyi üçün. O, “Liverpul” üçün çox vacib oyunçudur və “Liverpul” dünyanın ən böyük klublarından biridir", - deyə “Marca” Rossinin sözlərini sitat gətirir.
Macarıstanlı futbolçu bu mövsüm bütün turnirlərdə 34 oyunda meydana çıxıb, doqquz qol vurub və yeddi məhsuldar ötürmə edib. Transfermarkt yarımmüdafiəçini 85 milyon avro dəyərində qiymətləndirir.
