“Mateuş Koxalski böyük ehtimalla sabaha hazır olacaq”.
İdman.Biz xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Bakıda UEFA Çempionlar Liqasının pley-off mərhələsini çərçivəsində İngiltərənin “Nyukasl” klubu ilə keçiriləcək oyundan öncə mətbuat konfransında deyib.
O bildirib ki, “Qarabağ”ın qapıçısı Mateuş Koxalski sabah sonuncu dəfə həkim müayinəsindən keçəcək və riskli bir vəziyyət olmasa “Nyukasl”la oyuna çıxacaq.
Qeyd edək ki, Misli Premyer Liqasının 19-cu turunda “Şamaxı” ilə keçirilən matç zamanı “Qarabağ”ın qapıçısı Mateuş Koxalski qar və şürüşkən stadion səbəbindən zədələnib.
