“Nyukasl”la oyundan əvvəl “Qarabağ”ın açıq məşqi baş tutub - FOTO/VİDEO

17 Fevral 2026 18:47
103
“Nyukasl”la oyundan əvvəl “Qarabağ”ın açıq məşqi baş tutub - FOTO/VİDEO

UEFA Çempionlar Liqasının pley-off mərhələsində Bakıda İngiltərənin “Nyukasl Yunayted” klubu ilə qarşılaşacaq “Qarabağ” oyundan əvvəl məşqə çıxıb.

İdman.Biz-in məlumatına görə, Qurban Qurbanovun komandasının Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan hazırlıq prosesinin ilk 15 dəqiqəsi media üçün açıq olub.

Futbolçular isinmə hərəkətlərinin ardından müxtəlif təmrinləri yerinə yetiriblər.

Oyun fevralın 18-də, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.

Cavab qarşılaşması isə fevralın 24-dən 25-nə keçən gecə, saat 00:00-da İngiltərədə baş tutacaq.

İdman.Biz