Kamilo Duran: “Azarkeşləri sevindirmək üçün əlimizdən gələni edəcəyik” - İDMAN.BİZ MƏTBUAT KONFRANSINDA + VİDEO

17 Fevral 2026 17:21
67
Kamilo Duran: “Azarkeşləri sevindirmək üçün əlimizdən gələni edəcəyik”  - İDMAN.BİZ MƏTBUAT KONFRANSINDA + VİDEO

“Bizi tarixi və çətin oyun gözləyir. Doğma azarkeşlər önündə mübarizə aparacağıq. Azarkeşləri sevindirmək üçün əlimizdən gələni edəcəyik”.

İdman.Biz xəbər verir ki, bunu “Qarabağ”ın futbolçusu Kamilo Duran Bakıda UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində İngiltərənin “Nyukasl” klubu ilə keçiriləcək oyundan öncə mətbuat konfransında deyib.

Futbolçu sabahkı matçda fərqlənəcəyi təqdirdə Kolumbiya futbolunun tarixinə düşmək ehtimalına da münasibət bildirib:

“Qol vurmağa hazıram. Məşqlərdə bu rəqibi düşünürdüm. Hədəfə çatmağa hazıram. İngiltərə təmsilçiləri sürətli oynayırlar. Matça yaxşı hazırlaşmışıq. Çətin rəqib olsa da, zəif cəhətlərindən yararlanmağa çalışacağıq”.

K.Duran cari mövsüm UEFA Çempionlar Liqasındakı nəticələr barədə də danışıb:

“Qarabağ”da bu yolu keçmişəm. Bu, karyeramın ən önəmli dönəmidir. Mən də oyun keyfiyyətlərimi yaxşılaşdırmalıyam”.

Qeyd edək ki, görüş fevralın 18-də, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.

İdman.Biz