“Qalatasaray”ın futbolçusu Mauro İkardi ilə evliliyi başa çatan Vanda Naranın “Fənərbağça”da çıxış edən bir futbolçu ilə eşq yaşadığı iddia olunub.
İdman.Biz xəbər verir ki, Türkiyə və Argentina mətbuatında yayılan xəbərlərə görə, Naranın İstanbul təmsilçisinin heyətində yer alan bir ulduz futbolçu ilə münasibətdə olduğu bildirilir. İddiaya əsasən, o, yaxın zamanda birlikdə olduğu şəxsin adını ictimaiyyətə açıqlamağa hazırlaşır.

Xatırladaq ki, Vanda Naranın Mauro İkardini reper Qante ilə aldatdığı barədə xəbərlər yayıldıqdan sonra cütlüyün evliliyi başa çatmışdı. Ayrılıq prosesi kifayət qədər qalmaqallı keçmişdi və Nara tez-tez şəxsi həyatı ilə gündəmə gəlirdi.

Qeyd edək ki, yayılan xəbərlə bağlı nə Vanda Naradan hələlik rəsmi açıqlama verilməyib.
