Azərbaycan Premyer Liqasında son 13 ilin rekordu

11 Fevral 2026 12:17
83
Azərbaycan Premyer Liqasında son 13 ilin rekordu

Misli Premyer Liqasının 19-cu turunda “İmişli”nin qonağı olan “Kəpəz”in heç-heçəsiz oyunlar seriyası qırılıb.

İdman.Biz xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, mövsümdə ilk dəfə sülhə imza atan (0:0) Gəncə klubu ötən çempionatın sonunda da 3 matçda bərabərə qalmamışdı.

Qərb təmsilçisinin son heç-heçəsi 2025-ci il mayın 4-də “Neftçi” ilə görüşdə qeydə alınmışdı - 2:2. Sonrakı 21 matçda 5 qələbə və 16 məğlubiyyət qeydə alınıb.

281 gündən sonra qırılan bu seriya son 13 ilin rekordudur. Daha uzun heç-heçəsiz seriya sonuncu dəfə 2012-2013-cü illərə təsadüf edib. Həmin vaxt “Rəvan” 25 görüşdə sülhsüz oynayıb.

Qeyd edək ki, çempionatın mütləq rekordu 1996-1998-ci illərdə 51 oyunu heç-heçəsiz bitən “Şəfa”ya məxsusdur.

İdman.Biz
Məqalədə: