Transfer rekordu artıq Axundzadəyə məxsusdur - FOTO

11 Fevral 2026 13:17
120
Transfer rekordu artıq Axundzadəyə məxsusdur - FOTO

"Qarabağ" klubunun hücumçusu Nəriman Axundzadə ABŞ təmsilçisi “Kolumbus Kryu”ya transfer olunaraq ölkə futbol tarixinin ən bahalı satışına imza atıb.

İdman.Biz xəbər verir ki, 21 yaşlı hücumçu yeni komandası ilə 2029-cu ilə qədər müqavilə bağlayıb. Keçid üçün ödənilən 2,5 milyon avro (5 milyon AZN) məbləğində bonservis əvvəlki rekordu geridə qoyub.

Bununla da uzun illər toxunulmaz qalan göstərici yenilənib. Daha əvvəl rekord 2014/2015 mövsümündə qeydə alınmışdı. Həmin vaxt Deniz Yılmaz 1,8 milyon avroya (3.6 milyon AZN) "Trabzonspor"a transfer olunmuşdu və bu rəqəm illərlə zirvədə qalmışdı.

Axundzadə isə gənc yaşında etdiyi sıçrayışla Azərbaycan futbolunun transfer tarixində yeni səhifə açıb. O, "Qarabağ" forması ilə 127 rəsmi matçda 35 qol vurub, 17 məhsuldar ötürmə edib. Hücumçunun Avropa arenasındakı çıxışları da xarici klubların diqqətini cəlb etmişdi.

Beləliklə, futbolçu karyerasını okeanın o tayında davam etdirəcək və MLS-də yeni çağırışla üz-üzə qalacaq.

İdman.Biz