“Neftçi” “Qarabağ” azarkeşlərini oyuna buraxmadığına görə cəzalandı

11 Fevral 2026 16:04
63
“Neftçi” “Qarabağ” azarkeşlərini oyuna buraxmadığına görə cəzalandı

Əvəzedicilər Liqasının 15-ci turunda “Qarabağ” azarkeşlərini arenaya buraxmayan “Neftçi” klubu cərimələnib.

İdman.Biz xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar qəbul edib.

“Ağ-qaralar”ın bu davranışı onlara 200 manata başa gəlib. Bundan başqa, sözügedən matçda “Qarabağ”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 70 manat cərimə edilib.

İdman.Biz
Məqalədə: