“Turan Tovuz” ev oyunlarında qələbə sayına görə tarixə düşüb

11 Fevral 2026 13:05
102
“Turan Tovuz” ev oyunlarında qələbə sayına görə tarixə düşüb

Misli Premyer Liqasının 19-cu turunda “Karvan-Yevlax”ı qəbul edən “Turan Tovuz” 1:0 hesabı ilə qalib gəlib.

İdman.Biz xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, bu, klub tarixinə Premyer Liqadakı 25-ci qələbə kimi düşüb.

Qərb təmsilçisi 25-ci qələbəyə 63-cü ev sınağında çatıb. Tovuz klubu ölkə çempionatlarında ən azı 25 ev qələbəsi əldə edən 30-cu komandadır.

Qeyd edək ki, “Turan Tovuz” 2022/2023 mövsümündə debüt etdiyi Premyer Liqada ilk ev qələbəsini “Kəpəz” üzərində qazanıb. 2022-ci il sentyabrın 9-da keçirilən matçda meydan sahibləri 2 qola seviniblər.

İdman.Biz