Özbəkistan klubunda qalmaqal: Azyaşlı qızı zorlayan futbolçu transfer edilib

11 Fevral 2026 12:53
97
Özbəkistan klubunda qalmaqal: Azyaşlı qızı zorlayan futbolçu transfer edilib

Özbəkistanın Səmərqənd şəhərinin “Dinamo” futbol klubu qanalı yarımmüdafiəçi Kinqsli Sarfo ilə bir illik müqavilə imzalayıb. 30 yaşlı futbolçu hazırda Dubaydakı hazırlıq toplanışında iştirak edir və sərbəst agent statusunda komandaya qoşulub.

İdman.Biz klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Kinqsli Sarfo Kiprin APOEL, İsveçin “Malmö” və “Sirius” klublarında oynayıb.

Lakin qalmaqal onun keçmişinə bağlıdır. Belə ki, 23 yaşında “Malmö”də oyunayarkən 14 yaşlı qızın zorlanmasında günahlandırılıb və İsveç məhkəməsi tərəfindən iki il səkkiz ay müddətinə azadlıqdan məhrum edilib. Sarfo ittihamları rədd etsə də, məhkəmə və zərərçəkmişin ifadəsi onun günahını təsdiqləyib.

Cəzasını çəkdikdən sonra o, Kipr çempionatına qayıdaraq ölkə Kuboku və Superkubokunu qazanıb, lakin 2024-cü ildən zədələr onu narahat edib.

Futbolçu cəzasını çəksə də Özbəkistan ictimaiyyətində onun transferi birmənalı qarşılanmayıb.

İdman.Biz