“Sabah” 50-ci ev qələbəsini qazandı

11 Fevral 2026 12:41
109
“Sabah” 50-ci ev qələbəsini qazandı

“Sabah” Premyer Liqada 50-ci ev qələbəsini qazanıb.

İdman.Biz xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, bu, Misli Premyer Liqasının 19-cu turuna təsadüf edib. Paytaxt təmsilçisi “Araz-Naxçıvan”ı 4:1 hesabı ilə məğlub edib.

Bakı klubu “50”yə 115-ci matçında çatıb. “Sabah” turnirin tarixində öz meydanında ən azı 50 qələbə qazanan 18-ci komanda olub.

Qeyd edək ki, 2018/2019 mövsümündən Premyer Liqada çıxış edən “Sabah” ilk ev qalibiyyətini 2018-ci il sentyabrın 16-da “Qəbələ” üzərində əldə edib - 1:0.

İdman.Biz