"Tottenhem"də ayrılıq rəsmiləşdi

11 Fevral 2026 14:12
102
"Tottenhem"də ayrılıq rəsmiləşdi

Londonun "Tottenhem" klubu baş məşqçi Tomas Frankla yollarını ayırmaq qərarı qəbul edib.

İdman.Biz “The Touchline”a istinadən xəbər verir ki, mütəxəssisin işdən çıxarılması İngiltərə Premyer Liqasında uğursuz nəticələr seriyasından sonra baş verib. Komanda dünən ev oyununda “Nyukasl”a 1:2 hesabı ilə məğlub olub və bu, cari mövsümdə 11-cidir.

27 turdan sonra "Tottenhem" 29 xal toplayaraq İngiltərə çempionatının turnir cədvəlində 16-cı yeri tutur və düşmə zonasından beş xal irəlidədir. Klub rəhbərliyi hesab edirdi ki, mövcud heyət cədvəldə xeyli yuxarı pillələrdə qərarlaşmalıdır.

Daha əvvəl bildirilirdi ki, “Arsenall”a derbi Frank üçün London klubunun sükanı arxasında son oyun ola bilər. Məşqçi isə istefadan az əvvəl işdən çıxarılmaqdan qorxmadığını demişdi.

“Mən işdən çıxarılma təhlükəsi altındayam? Dünən sahiblərlə danışdım, ona görə belə bir məsələ yoxdur”, - deyə Frank bildirib.

O, həmçinin azarkeşlərin narazılığını başa düşdüyünü və vəziyyəti düzəltmək üçün işləməyə hazır olduğunu vurğulayıb.

“Mən azarkeşlərin məyusluğunu başa düşürəm. Ən asanı məşqçiyə barmaq göstərməkdir, amma məsuliyyət bütün komandanın üzərindədir. Mən yüz faiz əminəm ki, hər şey bizim ümumi səylərimizdən asılıdır”, - deyə mütəxəssis qeyd edib.

Dünən Frank həmçinin çempionatın növbəti matçına - məhz "Arsenal"a qarşı oyuna komandanı özü hazırlayacağına tam əmin olduğunu söyləmişdi.

İdman.Biz
Məqalədə: