Braziliyalı futbolçu Neymar Lionel Messiyə “Santos” klubunun formalarını hədiyyə edib.
İdman.Biz xəbər verir ki, Messi göndərilən formalarla oğulları Mateo və Tiaqo ilə birlikdə şəkil çəkdirib.

Qeyd edək ki, ulduz futbolçular 2013-2017-ci illərdə “Barselona”da çiyin-çiyinə çıxış edərək böyük uğurlara imza atıblar. Görünən odur ki, onların dostluğu bu gün də davam edir.
