Hansi Flik “Vilyarreal” üzərində qələbədən sonra hakimliyi tənqid edib

23 Noyabr 2026 00:57
36
Hansi Flik “Vilyarreal” üzərində qələbədən sonra hakimliyi tənqid edib

İspaniyanın “Barselona” futbol komandasının baş məşqçisi Hansi Flik La Liqanın 13-cü turunda “Vilyarreal” üzərində qazandıqları 3:2 hesablı qələbəni şərh edib.

İdman.Biz “Marca”ya istinadən xəbər verir ki, mütəxəssis komandasının nəticəyə layiq olduğunu söyləyib.

“Qələbəyə çox sevinirəm. Xüsusilə də rəqibin hesabda önə keçməsindən sonra. İlk qolu aşkar səhvimiz nəticəsində buraxdıq. Birinci hissədə də qol imkanlarımız var idi, ikinci yarıda isə daha yaxşı və daha mütəşəkkil oynadıq. Hesab edirəm ki, bu qələbəni haqq etdik”, - baş məşqçi deyib.

Flik Fermin Lopesin meydandan kənarlaşdırılması ilə bağlı qərarı başa düşmədiyini də vurğulayıb:

“Ferminin niyə qovulduğunu anlamıram. Bunu hakimlərdən də soruşdum və məhz buna görə sarı vərəqə aldım. Amma dəqiq bilirəm ki, dördüncü hakim bütün oyun boyu ehtiyat oyunçular skamyamıza baxırdı. Meydandakı hakimlərə kömək etməyə çalışıram. Nə baş verdiyini və ona nə deyildiyini bilmirəm. Əlavə məlumata ehtiyacım var.

Ümumilikdə hakimlərin işindən razıyam, amma bu hakimlə həmişə eyni problemləri yaşayırıq. Hər şey əvvəlki kimidir. Belə davam edəcəksə, qələbə qazanmaq üçün daha yaxşı oynamaqdan başqa yolumuz qalmır. İkinci hissədə etdiyimiz kimi”.

Qeyd edək ki, noyabrın 22-də “Spotify Kamp Nou” stadionunda keçirilən görüşün ilk hissəsi qonaqların 2:0 hesablı üstünlüyü ilə yekunlaşıb. “Barselona” fasilədən sonra 57-67-ci dəqiqələr aralığında üç qol vuraraq qalib gəlib.

İdman.Biz