“Qarabağ” dünya reytinqində mövqeyini gücləndirdi

11 Fevral 2026 09:24
117
“Qarabağ” dünya reytinqində mövqeyini gücləndirdi

“Qarabağ” futbol klubu beynəlxalq reytinqdə irəliləyiş edib.

İdman.Biz xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) açıqladığı son siyahıya əsasən, “köhlən atlar” 200 xalla 60-cı pilləyə yüksəlib.

Azərbaycanı təmsil edən digər klublardan “Sabah” 96 xalla 224-cü yerdən 211-ci sıraya yüksəlib.

“Zirə” 63 xalla 389-cu mövqedən 418-ci yerə enib, “Araz-Naxçıvan” isə 59 xalla 456-cı pillədən 468-ə geriləyib.

Ümumilikdə 502 klubun yer aldığı reytinqdə Fransanın PSJ komandası 595 xalla lider mövqedə qərarlaşıb.

İdman.Biz