Bellingem bud zədəsi səbəbindən iki aya qədər oynaya bilməyəcək

11 Fevral 2026 08:17
264
Bellingem bud zədəsi səbəbindən iki aya qədər oynaya bilməyəcək

Jurnalist Ramon Alvarez de Monun sosial media hesabında verdiyi məlumata görə, “Real Madrid”in yarımmüdafiəçisi Cud Bellingem aprel ayına qədər meydana çıxa bilməyəcək.

İdman.Biz xəbər verir ki, futbolçu “Rayo Valyekano” ilə matçda bud əzələsindən zədə alıb. Daha əvvəl onun bir aylıq sıradan çıxacağı bildirilirdi.

Mənbənin məlumatına görə, zədə gözləniləndən daha ağır ola bilər: ingiltərəli iki aya qədər sıradan çıxa bilər.

Bu mövsüm Bellingem bütün yarışlarda 28 oyun keçirib, altı qol vurub və dörd məhsuldar ötürmə edib. Transfermarkt portalındakı məlumata görə, onun bazar dəyəri 160 milyon avrodur.

İdman.Biz