“Liverpul” “Bornmut”un 19 yaşlı hücumçusu Eli Krupini izləyir. Krupi “qırmızılar”ın yay transfer hədəfinə çevrilə bilər.
İdman.Biz bu barədə “Caught Offside”a istinadən məlumat verir.
Mənbənin məlumatına görə, “albalılar” fransız hücumçunu 70-80 milyon funt sterlinqə (80,5-90,5 milyon avro) sata biləcəklərinə inanırlar. “Qırmızılar”dan başqa, Krupi ilə “Çelsi”, “Pari Sen-Jermen” və “Real Madrid” də maraqlanır.
Hücumçu 2025-ci ilin fevral ayından “Bornmut”un oyunçusudur. Bu mövsüm Krupi bütün yarışlarda 22 oyunda meydana çıxıb və səkkiz qol vurub. Onun klubla hazırkı müqaviləsi 2030-cu ilin yayına qədərdir. Transfermarkt-dakı məlumata görə, hücumçunun bazar dəyəri 22 milyon avrodur.
