Qərar matçın taleyini dəyişdi, məşqçi futbolçusunu günahlandırdı

11 Fevral 2026 10:31
92
Qərar matçın taleyini dəyişdi, məşqçi futbolçusunu günahlandırdı

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi Liam Rosenior Premyer Liqanın 26-cı turunda “Lids”lə 2:2 hesablı heç-heçəni dəyərləndirib.

İdman.Biz xəbər verir ki, mütəxəssis oyunda iki əsas epizodda komandasının soyuqqanlı davranmadığını bildirib.

Məşqçi xüsusilə Moises Kaysedonun qərarını tənqid edib:

“Matçda iki açar an oldu ki, biz bacarmadıq və sakitliyimizi qoruya bilmədik. Kaysedo möhtəşəm oyunçudur, mənim üçün ən yaxşısıdır, amma o, pis qərar verdi. Oyuna gəlincə, pressinq etməli olduğumuz anda biz də bir neçə yanlış qərar qəbul etdik və penalti buraxdıq. Etiraf edirəm ki, topa sahib olma, pressinq, enerji – görmək istədiyim məhz budur və qələbə qazanmamağımız işi daha da ağırlaşdırır”.

İdman.Biz