Misli Premyer Liqasının 19-cu turundan sonra bir sıra futbolçular növbəti oyunlarda iştirak edə bilməyəcəklər.
İdman.Biz xəbər verir ki, dörd oyunçu cəza səbəbindən 20-ci turda meydana çıxmayacaq.
“Neftçi”nin müdafiəçisi Elvin Bədəlov “Qəbələ” ilə matçda birbaşa qırmızı vərəqə aldığı üçün “Kəpəz”lə səfər görüşünü buraxacaq.
“Araz-Naxçıvan”ın yarımmüdafiəçisi Patrik Andrade, “İmişli”nin oyunçusu Edvin Banquera və “Turan Tovuz”un futbolçusu Filip Ozobiç 4-cü dəfə sarı vərəqə ilə cəzalandırılıb. Onlar müvafiq olaraq “Sumqayıt”, “Qarabağ” və “Şamaxı” ilə oyunlarda iştirak etməyəcəklər.
Qeyd edək ki, Misli Premyer Liqasının 20-ci turunun görüşləri fevralın 14-dən 16-dək baş tutacaq.
