Messi həm qol vurdu, həm məhsuldar ötürmə etdi - VİDEO

8 Fevral 2026 10:26
79
Messi həm qol vurdu, həm məhsuldar ötürmə etdi - VİDEO

ABŞ-nin "İnter Mayami" klubunun kapitanı Lionel Messi növbəti dəfə komandasının əsas fiqurlarından biri olub.

İdman.Biz xəbər verir ki, Ekvadorun "Barselona" komandası ilə keçirilən yoldaşlıq matçı 2:2 hesabı ilə başa çatıb. Qvayakildə oynanılan görüş azarkeşlərə bol qollu mübarizə təqdim edib.

Argentina ulduzu bir qol və məhsuldar ötürmə ilə yadda qalıb. "İnter Mayami"nin digər topunu isə German Berterame vurub.

Meydan sahiblərinin heyətində Joao Roxas və Tomas Martines fərqləniblər. Qarşılaşmanın sonlarında ABŞ təmsilçisi azlıqda qalıb - 87-ci dəqiqədə yarımmüdafiəçi David Ayala birbaşa qırmızı vərəqə alıb.

İdman.Biz