Olimpiadada fövqəladə hadisə - FOTO

5 Fevral 2026 14:52
119
Olimpiadada fövqəladə hadisə - FOTO

Qış Olimpiya Oyunlarında ciddi insident yaşanıb. Kanadanı təmsil edən tanınmış snoubordçu Mark Makmorris məşq zamanı zədələnib.

İdman.Biz xəbər verir ki, üçqat Olimpiya bürünc mükafatçısı biq-eyr üzrə məşq zamanı yıxılıb. Hadisədən sonra idmançı ayağa qalxa bilməyib və dərhal xərəkdə kənarlaşdırılıb.

Məlumata görə, Kanadanın nümayəndə heyətinin tibbi heyəti Mark Makmorrise yerində ilkin tibbi yardım göstərib. Snoubordçunun aldığı zədənin nə dərəcədə ciddi olduğu barədə hələlik rəsmi məlumat verilməyib.

Qeyd edək ki, Mark Makmorris snoubord tarixinin ən titullu idmançılarından biri hesab olunur.

İdman.Biz