İspaniyanın "Barselona" klubunun futbolçusu Lamin Yamal qeyri-adi nailiyyətlə yadda qalıb.
İdman.Biz xəbər verir ki, gənc oyunçu La Liqada 24-cü qolunu vurub və 21-ci əsrdə Avropanın top-5 liqasında 19 yaşına çatmamış heç bir futbolçu bu göstəriciyə nail ola bilməyib.
Bununla yanaşı, Yamal cari mövsümdə 100 uğurlu driblinq həddinə çatıb. Bu rəqəm digər bütün oyunçulardan 38 vahid çoxdur.
