İngiltərə Premyer Liqası: “Aston Villa” evdə büdrədi - YENİLƏNİB + VİDEO

18 Yanvar 2026 22:34
192
İngiltərə Premyer Liqası: “Aston Villa” evdə büdrədi - YENİLƏNİB + VİDEO

Premyer Liqanın 22-ci turunda “Aston Villa” - “Everton” qarşılaşmasının taleyini bir qol həl edib.

İdman.Biz xəbər verir ki, oyunun 59-cu dəqiqədə vurulan yeganə qolun müəllifi "Everton"dan Barri olub.

Qeyd edək ki, hazırda "Aston Villa"nın 43 xalı var və turnir cədvəlində üçüncü pillədədir. "Everton" isə qələbə sayəsində xallarını 32-yə çatdıraraq 10-cu sıraya yüksəlib.

19:57

İngiltərə Premyer Liqasının 22-ci turunda “Vulverhempton” “Nyukasl”ı qəbul edib.

İdman.Biz xəbər verir ki, oyun tam şəkildə qonaqların üstünlüyü ilə keçsə də, qapılar toxunulmaz qalıb.

Qeyd edək ki, bu oyundan sonra “Vulverhempton” səkkiz xalla sonuncu – 20-ci pillədə qalıb. “Nyukasl” isə 33 xalla səkkizinci pillədə qərarlaşıb.

İdman.Biz