Premyer Liqa klubları Kalulu üçün hərəkətə keçdi

Xəbərlər
18 Yanvar 2026 16:10
33
Premyer Liqa klubları Kalulu üçün hərəkətə keçdi

İngiltərə Premyer Liqasının aparıcı klubları Pyer Kalulunu transfer siyahısına daxil edib.

İdman.Biz xəbər verir ki, “Mançester Yunayted”, “Tottenhem” və “Aston Villa” klubları “Yuventus”un müdafiəçisi Pyer Kalulu ilə maraqlanır.

Fransa millisinin üzvü olan 25 yaşlı futbolçu ötən yay “Yuventus”a daimi əsaslarla transfer olunub. Müdafiəçinin İtaliya klubundakı çıxışı Premyer Liqa təmsilçilərinin diqqətini cəlb edib.

Məlumata görə, Kalulunun transfer qiyməti təxminən 30 milyon avro (60 milyon AZN) civarında dəyərləndirilir. Bununla belə, mənbələr futbolçunun mövsümün sonuna qədər “Yuventus”dan ayrılma ehtimalının aşağı olduğunu bildirir.

Qeyd olunur ki, tərəflər arasında konkret danışıqların mövsüm başa çatdıqdan sonra aktivləşə biləcəyi istisna edilmir.

İdman.Biz