Maykl Karrik “Mançester Yunayted”in müvəqqəti baş məşqçisi ola bilər

Xəbərlər
12 Yanvar 2026 09:27
27
Maykl Karrik “Mançester Yunayted”in müvəqqəti baş məşqçisi ola bilər

“Mançester Yunayted”in sabiq yarımmüdafiəçisi Maykl Karrik böyük ehtimalla “qırmızı şeytanlar”ın müvəqqəti baş məşqçisi postunu tutacaq.

İdman.Biz xəbər verir ki, bu iddia ilə jurnalist və insayder Fabritsio Romano sosial şəbəkə hesabında yazıb.

Mənbənin məlumatına görə, Karrik INEOS (hazırda “Mançester Yunayted”in rəhbərliyində təmsil olunan Britaniya şirkəti) və klubun idarə heyəti ilə danışıqları uğurla başa çatdırıb.

Nəticədə o, müvəqqəti baş məşqçi postuna əsas namizədlər siyahısında ilk sıraya yüksəlib.

Qeyd olunur ki, “Mançester Yunayted” yeni məşqçinin adını bu həftə açıqlayacaq.

Xatırladaq ki, yanvarın 5-də klub Ruben Amorimin baş məşqçi vəzifəsindən ayrıldığını elan edib. Portuqaliyalı mütəxəssis “Mançester Yunayted”də 11 noyabr 2024-cü ildən 5 yanvar 2026-cı ilədək çalışıb.

İdman.Biz
Məqalədə: