Qara Qarayev son oyununu şəhid və qazi övladları ilə keçirdi - VİDEO

23 Avqust 2026 13:17
90
Qara Qarayev son oyununu şəhid və qazi övladları ilə keçirdi - VİDEO

Azərbaycan millisinin və "Qarabağ"ın sabiq futbolçusu Qara Qarayev peşəkar futbolçu karyerasını rəsmən başa vurub.

İdman.Biz xəbər verir ki, futbolçu bu qərarını şəhid və qazi övladları ilə birlikdə keçirdiyi vida matçında açıqlayıb.

Beləliklə, Qarayev futbolçu karyerasını şəhid və qazi övladlarının iştirakı ilə keçirilən simvolik görüşlə tamamlayıb.

33 yaşlı yarımmüdafiəçinin karyerasının böyük hissəsi "Qarabağ"la bağlı olub. O, həmçinin "Neftçi" və "Araz-Naxçıvan"da çıxış edib, beynəlxalq arenada isə Azərbaycan millisinin formasını geyinib.

İdman.Biz