Azərbaycan Premyer Liqası: "Neftçi" "Araz-Naxçıvan"a darmadağınla qalib gəldi - YENİLƏNİB + VİDEO

23 Avqust 2026 22:44
1 352
Azərbaycan Premyer Liqası: "Neftçi" "Araz-Naxçıvan"a darmadağınla qalib gəldi - YENİLƏNİB + VİDEO

Misli Premyer Liqasının ikinci turu çərçivəsində keçirilən "Neftçi" - "Araz-Naxçıvan" qarşılaşması darmadağınla başa çatdı.

İdman.Biz xəbər verir ki, oyunda "ağ-qaralar" rəqib qapısından beş cavabsız top keçiriblər.

Breno Almeyda 14 və 17-ci dəqiqədə vurduğu qollarla dubl müəllifi olub. 35-ci dəqiqədə Falaye Sako fərqlənib. İqor Ribeyro 41-ci dəqiqədə dördüncü qolu vurub. Oyunun əsas vaxtının sonuncu dəqiqəsində isə Endryu Qravilyon fərdi ustalığı ilə yekun nöqtəni qoyub.

Bu nəticə ilə "Neftçi" geridə qalan iki turdan maksimum xal toplayıb. "Araz-Naxçıvan"nın isə bir xalı var.

22:35

Endryu Qravilyon 90-cı dəqiqədə "Neftçi"nin beşinci qolunu vurdu - 5:0.

21:47

Misli Premyer Liqasının ikinci turu çərçivəsində keçirilən "Neftçi" - "Araz-Naxçıvan" qarşılaşmasında ikinci hissə başladı.

İdman.Biz xəbər verir ki, ilk 45 dəqiqədən sonra hesab 4:0 "Neftçi"nin xeyrinədir

21:29

İqor Ribeyro 41-ci dəqiqədə "Neftçi"nin dördüncü qolunu vurur - 4:0.

21:26

"Neftçi" birinci hissənin sonuna yaxın hesabı 3:0 edir. 35-ci dəqiqədə fərqlənən Falaye Sako olur.

21:05

"Neftçi"nin hücumçusu Breno Almeyda üç dəqiqə sonra hesabı 2:0 edir.

21:00

Breno Almeyda oyunun 14-cü dəqiqəsində "Neftçi"ni hesabda önə çıxarır - 1:0

20:45

Misli Premyer Liqasının ikinci turu çərçivəsində keçirilən "Neftçi" - "Araz-Naxçıvan" qarşılaşması başladı.

19:42

"Neftçi" Misli Premyer Liqasının ikinci turu çərçivəsində "Palms Sports Arena"da "Araz-Naxçıvan"ı qəbul edir.

İdman.Biz xəbər verir ki, komandalar saat 20:45-də start götürən matçda meydana aşağıdakı heyətlərlə çıxacaqlar:

“Neftçi”: 1. Emil Balayev 8. Emin Mahmudov (k) 14. Elvin Bədəlov 7. Emil Səfərov 3. Rüfət Abbasov 77. Falaye Sako 5. İqor Ribeyro 18. İfeanyi Metyu 29. Lyubomir Tupta 33. Breno Almeyda 10. Freddi Varqas

Ehtiyat oyunçular: 93. Rza Cəfərov 4. Elvin Camalov 17. Murad Xaçayev 6. Sessi Dalmeyda 24. Mustafa Sek 55. Endryu Qravilyon 20. Qustavo Klisman 11. Alen Şkribek 27. Draqolyub Saviç

Baş məşqçi: Yuri Vernidub

“Araz-Naxçıvan”: 1. Artur Auqusto 29. Ceyhun Nuriyev 2. Abdulla Rzayev 8. Mustafa Əhmədzadə 6. Patrik Andrade (k) 17. İssuf Paro 11. Mohamed Mara 36. Mamadu Kane 12. Bruno Franko 5. Luka Dumançiç 19. Abdallah Sudi

Ehtiyat oyunçular: 99. Tərlan Əhmədli 14. Ülvi İsgəndərov 26. Ömər Buludov 13. Qabil Əlizadə 22. Rəşad Həsənov 9. Ağadadaş Salyanskiy 21. İbrahim Piriyev 77. Nihat Mehralıyev 27. Boyan Letiç 10. Şarl Boli 23. Alberto Fernandes

Baş məşqçi: Zaur İsmayılov.

12:48

“Neftçi” bu gün Misli Premyer Liqasının ikinci turunda “Araz-Naxçıvan”ı qəbul edəcək.

İdman.Biz xəbər verir ki, qarşılaşma “Palms Sports Arena”da keçiriləcək və saat 20:45-də başlayacaq.

Görüşün baş hakimi Rəşad Əhmədov olacaq. Ona yan xətt hakimləri Elşad Abdullayev və Zöhrab Abbasov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kamran Əliyev yerinə yetirəcək.

Matçın VAR hakimi Tural Qurbanov, AVAR hakimi isə Asiman Əzizli olacaq. Hakim-inspektor vəzifəsi Ömər Paşayevə həvalə edilib. AFFA nümayəndəsi Emin Cəfərov olacaq.

İdman.Biz