İngiltərənin “Kristal Palas” komandasının futbolçusu Jan-Filipp Mateta klubla müqaviləsinin 2027-ci ilin iyununa qədər nəzərdə tutulan əlavə ilinin hüquqi qüvvəsini mübahisələndirir.
İdman.Biz xəbər verir ki, BBC-nin məlumatına görə, fransalı hücumçu məsələ ilə bağlı FIFA-ya müraciət edib.
Mateta hesab edir ki, müqavilənin opsional son ili etibarsız sayılmalıdır. Lakin daha əvvəl Premyer Liqanın müstəqil tribunalı müqavilənin qüvvədə qalması barədə qərar verib.
Mənbənin məlumatına görə, FIFA da bu həftə müqavilənin ləğvi ilə bağlı qərarın onun yurisdiksiyasına aid olmadığını bildirib. Buna görə də futbolçunun etirazı hələlik açıq qalır.
Mateta “Kristal Palas”ın heyətində indiyədək 67 qol vurub və komandanın İngiltərə Kuboku, eləcə də Konfrans Liqasındakı uğurlarında mühüm rol oynayıb.
Qeyd edək ki, hücumçu yanvar ayında klubdan ayrılmaq istəyib və “Milan”a keçməyə yaxın olub. Lakin dizində aşkarlanan problem transferin baş tutmasına mane olub.
