Azərbaycanın U-23 minifutbol millisi Xorvatiyanın Mali Loşin şəhərində keçirilən dünya çempionatında ilk oyununu keçirib.
İdman.Biz xəbər verir ki, yığmamız Rumıniya ilə qarşılaşmadan 3:3 hesablı heç-heçə ilə ayrılıb.
Millimizin heyətində Xəzər Ağalızadə üçüncü, Nihad Ağayev 35-ci, Fərid Abbasov isə 39-cu dəqiqədə fərqlənib.
Beləliklə, Azərbaycan millisi turnirə bir xalla başlayıb.
