İngiltərədə baş məşqçilərin “yarpaq tökümü”nə daha bir namizdə var

Xəbərlər
8 Yanvar 2026 11:48
64
İngiltərədə baş məşqçilərin “yarpaq tökümü”nə daha bir namizdə var

“Tottenhem”in baş məşqçisi Tomas Frank Premyer Liqada “Bornmut”a 2:3 hesablı məğlubiyyətdən sonra ciddi təzyiq altına düşüb. London klubu əlavə vaxtda buraxılan qoldan sonra uduzub və turnir cədvəlinin 14-cü pilləsinə enib.

İdman.Biz “indykaila News”a istinadla xəbər verir ki, bu gün “Tottenhem” rəhbərliyi komandanın böhran vəziyyətini və Frankın gələcəyini müzakirə etmək üçün təcili iclas keçirəcək.

Mənbənin bildirdiyinə görə, klub rəhbərliyindəki yüksək vəzifəli şəxslərdən biri danimarkalı mütəxəssisin dərhal istefasını “qəzəblə tələb edib”.

Qeyd edək ki, Tomas Frank mövsümün əvvəlində “Tottenhem”in baş məşqçisi vəzifəsinə təyin olunub və bu postda Anje Postekoqlunu əvəz edib.

Xatırladaq ki, son oyundan əvvəl Tomas Frank əlində "Arsenal" loqolu stəkanla gündəmə gəlmişdi.

İdman.Biz