İngiltərə Premyer Liqası: “Mançester Yunayted” yenə qələbə qazana bilməyib - YENİLƏNİB + VİDEO

Xəbərlər
8 Yanvar 2026 02:32
85
İngiltərə Premyer Liqası: “Mançester Yunayted” yenə qələbə qazana bilməyib

İngiltərə Premyer Liqasının 21-ci turunun “Bernli” və “Mançester Yunayted” arasında keçirilən oyun başa çatıb. Matç “Turf Moor”da (Bernli) baş tutub. Oyun 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.

Hesabı Eyden Heven açıb. Qonaq komandanın müdafiəçisi 13-cü dəqiqədə öz qapısına qol vurub. İkinci hissədə “Mançester Yunayted”in hücumçusu Benjamin Şeşko 50-ci dəqiqədə bərabərlik qolunu vurub. Sloveniyalı hücumçu 10 dəqiqə sonra ikinci qolunu da vurub. 66-cı dəqiqədə ev sahibi komandanın oyunçusu Ceydon Entoni hesabı bərabərləşdirib.

“Mançester Yunayted” hazırda 32 xala malikdir və İngiltərə Premyer Liqasının turnir cədvəlində altıncı yerdədir.

Turun digər oyununda “Nyukasl” “Lids”i qəbul edib. Oyunda 7 qol vurulub. Qalib gələn tərəf “Nyukasl” olub – 4:3.

01:37

İngiltərə Premyer Liqasının 21-ci turunda “Mançester Siti” və “Brayton” arasında keçirilən oyun başa çatıb.

İdman.Biz xəbər verir ki, oyun 1:1 hesablı heç-heçə ilə başa çatıb.

41-ci dəqiqədə “Mançester Siti”nin hücumçusu Erlinq Holand penaltidən qolla hesabı açıb. 60-cı dəqiqədə qonaq komandanın yaponiyalı cinah oyunçusu Kaoru Mitoma hesabı bərabərləşdirib.

Turun “Everton” və “Vulverhempton” arasında keçirilən qarşılaşması da 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Turun digər matçında “Kristal Palas” və “Aston Villa” qarşılaşıblar. Oyunda hesab açılmayıb - 0:0.

İngiltərə Premyer Liqasının 21-ci turunda “Fulhem” və “Çelsi” arasında keçirilən oyun başa çatıb. Komandalar London şəhərindəki “Craven Cottage” stadionunda qarşılaşıblar. Ev sahibi komanda 2:1 hesablı qələbə qazanıb.

55-ci dəqiqədə “Fulhem”in hücumçusu Raul Ximenez hesabı açıb. 72-ci dəqiqədə “Çelsi”nin hücumçusu Liam Delap bərabərlik qolunu vurub. 81-ci dəqiqədə Vilson “Fulhem”i yenidən hesabda irəli çıxarıb.

“Brentford” və “Sanderlend” arasındakı qarşılaşma meydan sahiblərinin üstünlüyü ilə keçib. Oyundan “Brentford” 3:0 hesabı ilə üstün ayrılıb.

Turun digər oyununda “Bornmut” “Tottenhem”i qəbul edib. Qarşılaşma ev sahibi komandanın 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Qonaq komandanın hücumçusu Matis Tel beşinci dəqiqədə hesabı açıb. “Bornmut”un hücumçusu Evanilson 22-ci dəqiqədə hesabı bərabərləşdirib. Eli Krupi 36-cı dəqiqədə ev sahibi komandanıı irəli çıxarıb. Yarımmüdafiəçi Joao Palinya 78-ci dəqiqədə bərabərlik qolunu vurub. 90+5-ci dəqiqədə cinah oyunçusu Antuan Semenyo “Bornmut”un qələbəsini təmin edib – 3:2.

İdman.Biz