Qonsalo Qarsiya Rud van Nistelroyun nailiyyətini təkrarlayıb

Xəbərlər
5 Yanvar 2026 09:57
62
Qonsalo Qarsiya Rud van Nistelroyun nailiyyətini təkrarlayıb

“Real”ın hücumçusu Qonsalo Qarsiya La Liqanın 18-ci turunda “Betis”lə oyunda (5:1) het-trik edib və bununla da XXI əsrdə Madrid nəhənginin heyətində məşhur sabiq forvard Rud van Nistelroyun nadir nailiyyətini təkrarlayıb.

İdman.Biz “Opta Sport” statistik portalının məlumatına istinadla xəbər verir ki, Qonsalo Qarsiya XXI əsrdə “Real”ın heyətində La Liqada ilk dəfə qol vurduğu debüt matçında het-trik edən ikinci futbolçu olub.

Daha əvvəl buna 2006-cı ilin sentyabrında “Levante” ilə oyunda (4:1) Rud van Nistelroy nail olmuşdu.

Cari mövsümdə Qonsalo Madrid “Real”ının heyətində 18 oyunda (418 dəqiqə) meydana çıxıb, üç qol vurub və bir məhsuldar ötürmə edib.

İdman.Biz