“Barselona”nın müdafiəçisi Ronald Arauxo psixoloji problemlər səbəbindən hələ də komandanın düşərgəsinə qayıtmaq istəmir.
İdman.Biz xəbər verir ki, “Mundo Deportivo”nun məlumatına görə, futbolçu baş məşqçi Hans-Diter Flikə hazırda futbol oynaya biləcək durumda olmadığını bildirib.
Uruqvaylı oyunçu bir müddət əvvəl depressiyadan xilas olmaq üçün İsrailə, müqəddəs yerlərə səfər edib.
Həmin vaxt bu addım onun “mənəvi yardım” almaq istəyi kimi qiymətləndirilmiş və mediada geniş işıqlandırılmışdı.
Arauxo klub rəhbərliyindən istirahət istədiyini, emosional durumunun ciddi şəkildə pisləşdiyini qeyd edib.
Bildirilir ki, bu vəziyyət Çempionlar Liqasında “Çelsi” ilə matçdan sonra daha da ağırlaşıb.
Həmin görüşdə 44-cü dəqiqədə qırmızı vərəqə alan müdafiəçinin komandası 0:3 hesabı ilə məğlub olub.
Arauxo isə iddia edir ki, psixoloji problemləri hələ də tam həllini tapmayıb və bu səbəbdən komandaya qayıtmağa hazır deyil.
